ArazNews
Ana Səhifə / İran / Təbriz Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayır
İran

Təbriz Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayır

 Təbriz Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayır


Son müharibə zamanı hücuma məruz qalan Təbriz Beynəlxalq Hava Limanı bu gün, 6 iyun çərşənbə günündən etibarən fəaliyyətini bərpa edir.


ArazNews-un Fars agentliyinə istinadən verdiyi məlumata görə, Mülki Aviasiya Təşkilatının sözçüsü bildirib ki, hava limanı bərpa işlərindən sonra yenidən uçuş şəbəkəsinə qoşulub. Təbriz hava limanı İranın ən işlək beynəlxalq hava limanlarından biri hesab olunur və bir neçə xarici istiqamətə uçuşlar həyata keçirir.


Eyni zamanda, Mülki Aviasiya Təşkilatı Mehrabad, Məşhəd və İmam Xomeyni də daxil olmaqla 10 hava limanının gecə-gündüz fəaliyyət göstərəcəyini açıqlayıb.