Tehranın ABŞ-la danışıqlar üçün şərtləri: Qalibaf iki ön şərt açıqladı
İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İslamabadda ABŞ-la gözlənilən danışıqlar ərəfəsində Tehranın iki əsas şərtini açıqlayıb.
ArazNews-un məlumatına görə, IRNA-ya istinadən Qalibaf bildirib ki, danışıqların başlanması üçün Livanda atəşkəsin təmin edilməsi və İranın dondurulmuş aktivlərinin azad olunması əvvəlcədən həyata keçirilməlidir.
O, əvvəlki razılaşmalara toxunaraq deyib: “Əvvəllər tərəflərin razılığı ilə qəbul olunmuş, lakin hələ icra olunmamış iki məsələ var — Livanda atəşkəs və İranın dondurulmuş aktivlərinin azad edilməsi. Bu məsələlər danışıqlardan əvvəl həll olunmalıdır.”
ABŞ prezidenti Donald Tramp isə daha əvvəl bildirib ki, Hörmüz boğazında gəmilərə rüsum tətbiq olunması atəşkəs razılaşmasının çərçivəsindən kənardadır.
Bu açıqlamalar İran və ABŞ arasında İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar öncəsi tərəflərin ilkin şərtləri müəyyən etməyə çalışdığı bir vaxta təsadüf edir.