Wall Street Journal: Qətər İranla vasitəçilikdə əsas rol almağa qarşı çıxır

1 saat əvvəl 1 dəq oxu Editorial Board
Wall Street Journal: Qətər İranla vasitəçilikdə əsas rol almağa qarşı çıxır


Wall Street Journal-ın məlumatına görə, Qətər ABŞ və region ölkələrinin İranla mümkün atəşkəs razılaşmasında əsas vasitəçi rolunu üzərinə götürmək istəmir.


ArazNews xəbər verir ki, məlumatlı mənbələrin bildirdiyinə görə, Qətər hökuməti ötən həftə ABŞ rəsmilərinə bu prosesdə aparıcı rol oynamaq niyyətində olmadığını çatdırıb. Bu vəziyyət danışıqların irəliləməsini daha da çətinləşdirib.


Mənbələr əlavə edib ki, region ölkələrinin Pakistanın rəhbərliyi ilə apardığı son atəşkəs təşəbbüsləri də dalana dirənib. Tehran rəsmi şəkildə yaxın günlərdə İslamabadda ABŞ rəsmiləri ilə görüşməkdən imtina edib və Vaşinqtonun tələblərini qəbuledilməz adlandırıb.


Bununla yanaşı, vasitəçilər Türkiyə və Misirin danışıqları davam etdirmək üçün yeni yollar axtardığını bildirir. Mümkün görüş yerləri kimi Doha və İstanbul nəzərdən keçirilir və çıxılmaz vəziyyətdən çıxmaq üçün yeni təkliflər üzərində iş aparılır.