Şərqi Azərbaycan Meteorologiya Baş İdarəsinin eksperti Mortəza Nəriman İSNA agentliyinə bildirib ki, yağıntılı hava sistemi bazar ertəsi səhər əyalətə daxil olacaq. Bu sistem çərşənbə axşamı günün sonunadək fəal qalacaq.
Onun sözlərinə görə, bu iki gün ərzində əyalətin bütün ərazisində yağış, ildırım və müvəqqəti külək gözlənilir. Ən çox yağıntı Qaradağ bölgəsinə düşəcək. Yüksəkliklərdə və soyuq ərazilərdə isə duman, qar yağması və temperaturun nəzərəçarpacaq dərəcədə enməsi gözlənilir.
Ötən 24 saat ərzində mənfi 4 dərəcə Selsi temperaturu ilə Sərab əyalətin ən soyuq şəhəri olub. Təbrizdə maksimum temperatur 14, minimum temperatur isə 2 dərəcə qeydə alınıb.