bazar, 15 noyabr 2026
Azərbaycan

Azərbaycan xalqına istehza və rişxənd: Rəisinin helikopterinin Varzəqanda qəzaya uğradığı yer «milli abidə» elan edilib

Azərbaycan xalqına istehza və rişxənd: Rəisinin helikopterinin Varzəqanda qəzaya uğradığı yer «milli abidə» elan edilib

İbrahim Rəisi və onu müşayiət edən şəxsləri daşıyan helikopterin Varzəqanın Dizmar bölgəsində qəzaya uğradığı yer milli abidələr siyahısına daxil edilib. Bu yer Uzi kəndinin ərazisində yerləşir. Onun qeydiyyata alınmasının səbəbi kimi yerin «milli və tarixi əhəmiyyəti» göstərilib.

Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəis müavini Vahid Nəvadad bu qərarı müdafiə edib. Onun fikrincə, bir məkanın tarixi dəyəri təkcə onun fiziki qədimliyi, memarlığı və ya keçmiş dövrlərdən qalan izlərlə məhdudlaşmır. O iddia edib ki, bəzən bir məkanda baş vermiş hadisə həmin yeri millətin «tarixi yaddaşının», mədəni və ictimai kimliyinin bir parçasına çevirir.

Rəisi 2024-cü il mayın 19-da Araz çayı üzərindəki Qız Qalası bəndinin açılışından qayıdarkən bu qəzada həlak olub. Helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının valisi Malik Rəhməti və Əli Xameneyinin bu ostandakı nümayəndəsi Məhəmmədəli Al-Haşim də olub.

Bu xəbəri paylaşın