Səudiyyə Ərəbistanı Energetika Nazirliyi Mədinə bölgəsində Şərq-Qərb boru kəmərinin noyabrın 9-da, bazar ertəsi hücuma məruz qaldığını açıqlayıb. Nazirliyin məsul rəsmisinin sözlərinə görə, hücum nəticəsində məhdud yanğın baş verib və yanğın xilasetmə qüvvələri tərəfindən söndürülüb.
Hücum nəticəsində ölən və ya yaralanan olmayıb. Səudiyyə Ərəbistanı Energetika Nazirliyi boru kəmərinin işinin də pozulmadığını bildirib.
Xilasetmə və texniki qruplar hücumdan dərhal sonra işə başlayıb. Bu qruplar təhlükəsizlik təlimatlarına və fövqəladə hallar planlarına uyğun olaraq ərazinin təhlükəsizliyini təmin edib və onun vəziyyətini yoxlayıblar.