İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan Respublikasının Tehrandakı səfirinin nazirliyə çağırıldığını bildirib. Onun sözlərinə görə, Tehranın etirazı səfirə «açıq şəkildə» çatdırılıb. Səfirin nazirliyə çağırılması Azərbaycan Daxili İşlər Nazirliyinin bir neçə İran vətəndaşının ölkə ərazisinə girişini qadağan etməsi barədə son qərarından sonra baş verib.
Bəqai bir jurnalistin sualını cavablandırarkən bu ifadənin əslində heç bir mənası olmadığını iddia edib. Onun iddiasına görə, bu şəxslərdən heç biri diplomat olmayıb, Azərbaycanda da olmayıblar. O, Azərbaycan hökumətinin bu addımını qeyri-dostcasına adlandırıb.
XİN sözçüsü İslam Respublikasının bundan sonra lazım bildiyi istənilən addımı atacağını və bunu açıqlayacağını deyərək hədə-qorxu gəlib.
Azərbaycan Respublikası noyabrın 3-də, çərşənbə axşamı, İranşəhri cərəyanı kimi ifrat faşist cərəyanlarına və ya Paydari Cəbhəsi kimi radikal dini cərəyanlara bağlı 14 İran vətəndaşının ölkə ərazisinə girişini qadağan edib.