Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Radiosunun 100 illik yubileyi münasibətilə ölkənin radio və televiziya işçilərini təbrik edib. O, bu təbrik məktubunu noyabrın 15-də, bazar günü yayımlayıb.
Azərbaycan Radiosu ilk dəfə 1926-cı il noyabrın 6-da efirə çıxıb.
İlham Əliyevin sözlərinə görə, radio uzun illər insanların əsas xəbər mənbəyi olub. Bu media vasitəsi musiqinin, ədəbiyyatın, dilin və milli dəyərlərin qorunmasına mühüm töhfə verib. O bildirib ki, radio və televiziya bu gün də milli kimliyin tanıdılmasında və Azərbaycana qarşı ideoloji hücumların dəf edilməsində mühüm rol oynayır.
Azərbaycan Prezidenti sabiq prezident Heydər Əliyevin radio və televiziyanın imkanlarının gücləndirilməsinə göstərdiyi diqqəti xatırladıb. O, milli medianın bundan sonra da qərəzsizlik və peşəkarlıq nümunəsi olaraq qalacağına ümid etdiyini bildirib.