Fars dilində geniş istifadə olunan bloq və kontent paylaşma platforması «Virgool»un beynəlxalq domeni bloklanıb. Bu, İran saytlarının qlobal ünvanlarını itirməsinin son nümunəsidir. «Virgool» bazar günü, noyabrın 8-də (17 aban) istifadəçilərinə yaydığı açıqlamada domeninə girişin mümkün olmadığını bildirib.
«Virgool»dan əvvəl «Varzesh3» saytının və «Tetherland» kriptovalyuta birjasının beynəlxalq domenlərinə giriş mümkün olmayıb. Bu iki sayt fəaliyyətini davam etdirmək üçün milli «.ir» uzantılı alternativ ünvanlara keçmək məcburiyyətində qalıb.