İslam Respublikasının prezidenti Məsud Pezeşkian bu hakimiyyətin rəhbərinin «nə müharibə, nə sülh» vəziyyətinə son qoyulması barədə göstəriş verdiyini açıqlayıb. O, Tehranın fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.
Tasnim agentliyinin xəbərinə görə, Pezeşkian noyabrın 9-da, bazar ertəsi İran Süd Sənayesi Şirkətinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə deyib: «Biz ləyaqətlə danışıqlar apara və məsələni ləyaqətlə başa vura bilərik».
Pezeşkianın bu sözləri belə bir vaxtda səslənir ki, Müctəba Xameneyi atasının varisi kimi təqdim olunandan bəri ondan nə yeni, nə də doğruluğu yoxlanıla bilən hər hansı görüntü və ya səs yazısı yayılmayıb. Onun görüşləri və ona aid edilən göstərişlər barədə xəbərlər isə yalnız İslam Respublikasının rəsmiləri və mediası vasitəsilə açıqlanır.
Öz növbəsində, ABŞ dövlət katibi Marko Rubio bazar günü Tehranın şərtlərini «qəbuledilməz və qeyri-real» adlandırıb və danışıqlarda hələ ciddi irəliləyiş əldə olunmadığını bildirib. Bununla belə, Donald Tramp yenə də diplomatik həll yolunu üstün tutur.