ABŞ prezidenti Donald Tramp İslam Respublikasına qarşı «Dəmir Qapı» əməliyyatının bütün gücü ilə həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, İranın dəniz blokadası bu ölkəyə malların giriş-çıxışını ciddi şəkildə məhdudlaşdırıb.
ABŞ prezidenti Truth Social sosial şəbəkəsində paylaşdığı mesajda bildirib ki, bu əməliyyat «tarixin ən böyük dəniz blokadası» ilə birlikdə İrana demək olar ki, heç bir malın daxil olmamasına və ya oradan çıxmamasına səbəb olub.
Eyni zamanda Tramp CBS telekanalına müsahibəsində hələlik İslam Respublikasına qarşı müharibəni genişləndirmək niyyətində olmadığını bildirib və deyib: «Bunun üçün hər hansı səbəbin olduğunu düşünmürəm».
Bununla belə, o, İslam Respublikasına hücum etmək qərarını bir daha müdafiə edib.