Əlburz Yol Polisinin rəisi Peyman Kərəmi Kərəc-Çalus yolunun bu ostan ərazisində bağlandığını açıqlayıb. Onun sözlərinə görə, yolun bağlanmasına güclü yağış və su basması səbəb olub və yol növbəti bildirişədək açılmayacaq.
Kərəmi sərnişinlərdən şimala getmək üçün Tehran-Şimal avtomagistralından istifadə etməyi xahiş edib. O, həmçinin əlverişsiz hava şəraitini nəzərə alaraq, mümkün qədər dağ yolları ilə səfər etməkdən çəkinməyi tövsiyə edib.
Əlburz Yol Polisinin rəisi sürücülərdən yanlarında kifayət qədər yanacaq, lazımi avadanlıq və isti geyim götürmələrini istəyib.