cümə axşamı, 5 noyabr 2026
Dünya

Aralıq seçkilərdəki məğlubiyyət Tramp administrasiyasını silkələyir: "The Independent" Rubionun 2028-ci il seçkilərində namizəd olmaq üçün istefa verə biləcəyini yazıb

Aralıq seçkilərdəki məğlubiyyət Tramp administrasiyasını silkələyir: "The Independent" Rubionun 2028-ci il seçkilərində namizəd olmaq üçün istefa verə biləcəyini yazıb

Britaniyanın "The Independent" qəzeti ABŞ dövlət katibi Marko Rubionun Donald Trampın administrasiyasından istefa verməyi nəzərdən keçirdiyini xəbər verib. Qəzetin yazdığına görə, o, 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədlik uğrunda mübarizəyə hazırlaşmaq istəyir. Trampın müavini Cey Di Vens də bu mübarizədə adı çəkilən digər simalardandır.

"The Independent" Respublikaçılar Partiyasındakı və Britaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, Respublikaçıların aralıq seçkilərdəki məğlubiyyəti bu ehtimalı gücləndirib. Mənbələrdən biri iddia edib ki, Rubio administrasiyadan uzaqlaşmaqla İranla müharibənin siyasi məsuliyyətini Trampın üzərinə qoymaq istəyir.

Ağ Ev və ABŞ Dövlət Departamenti bu xəbəri əsassız adlandırıb. Rubio da sentyabrda hələlik namizədliyini irəli sürmək planının olmadığını demişdi.

Bu xəbəri paylaşın