Bitkoinin qiyməti cümə axşamı 77 min dolların altına düşərək 76 min dollar həddinə enib. Bu eniş bitkoinin 81 min dollar həddinə qədər yüksəlməsindən cəmi bir gün sonra baş verib.
CryptoPotato-nun məlumatına görə, CoinGlass-ın göstəriciləri bir saat ərzində likvidasiya olunan mövqelərin dəyərinin 560 milyon dolları ötdüyünü göstərir. Bu məbləğin təxminən 530 milyon dolları alış (long) mövqelərinin payına düşüb. Likvidasiya treyderin girovu zərəri qarşılamağa kifayət etmədikdə leverecli əqdin məcburi şəkildə bağlanması deməkdir.
Digər kriptovalyutalar da bitkoinlə paralel olaraq ucuzlaşıb. Efirium 2300 dolların altına düşüb, Solana və Dogecoin də nəzərəçarpacaq dərəcədə dəyər itirib.