ArazNews
Ana Səhifə / Dünya / Ərdoğan və Tramp telefonla Hörmüz boğazını, Yəməni və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
Dünya

Ərdoğan və Tramp telefonla Hörmüz boğazını, Yəməni və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Ərdoğan və Tramp telefonla Hörmüz boğazını, Yəməni və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı il oktyabrın 28-də, çərşənbə günü ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Tərəflər ikitərəfli münasibətləri, regional və beynəlxalq prosesləri müzakirə ediblər.

Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğan söhbət zamanı Ankara ilə Vaşinqton arasında münasibətlərin gücləndirilməsinin və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti həmçinin Hörmüz boğazında və Yəməndə baş verən proseslərə toxunub. O bildirib ki, Ankara bu prosesləri yaxından izləyir və fikir ayrılıqlarının diplomatiya yolu ilə həlli üçün səy göstərəcək.

Ərdoğan danışığın digər hissəsində Türkiyənin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpasına və iki ölkə arasındakı müharibəyə son qoyulmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Öz növbəsində Donald Tramp Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib. O, Türk Dövlətləri Təşkilatının sammitinin uğurla keçəcəyinə ümid etdiyini bildirib.