ArazNews
Ana Səhifə / İran / The Wall Street Journal ABŞ-ın təzyiqindən yazır: İraq və Pakistan İslam Respublikasının quru ticarət yolunu daraldıb
İran

The Wall Street Journal ABŞ-ın təzyiqindən yazır: İraq və Pakistan İslam Respublikasının quru ticarət yolunu daraldıb

The Wall Street Journal ABŞ-ın təzyiqindən yazır: İraq və Pakistan İslam Respublikasının quru ticarət yolunu daraldıb

The Wall Street Journal-ın məlumatına görə, ABŞ-ın dəniz blokadası və hava məhdudiyyətlərindən sonra İslam Respublikası ticarətinin quru yollarının bir hissəsini də itirir. İraq çərşənbə günü Xuzistan sərhədindəki Əş-Şib keçid məntəqəsini bağlayıb. Pakistan da ticarət yük maşınlarının Taftan və Qəbd-Rimdan məntəqələrindən keçməsini məhdudlaşdırıb.

Hər iki ölkənin rəsmiləri bu addımın səbəbinin təhlükəsizlik məsələləri və qaçaqmalçılıqla mübarizə olduğunu açıqlayıblar. Lakin The Wall Street Journal yazır ki, bu tədbirlər Tramp administrasiyasının Tehranı nüvə razılaşmasına məcbur etmək üçün göstərdiyi təzyiqlə eyni vaxtda həyata keçirilib.

Qəzetin yazdığına görə, sentyabrın sonlarına qədər İranın Türkiyə, Əfqanıstan və Azərbaycanla sərhədlərində təxminən 17 min yük maşını keçid gözləyirdi. Bəzi sərhəd marşrutları hələ də açıqdır, lakin yeni məhdudiyyətlər daşıma və zəruri malların idxalı xərclərini artırıb.