ArazNews
Ana Səhifə / Xəbər / New York Times: Tramp İrana yeni hücum istəyir; həyati infrastruktur obyektləri hədəf siyahısındadır
Xəbər

New York Times: Tramp İrana yeni hücum istəyir; həyati infrastruktur obyektləri hədəf siyahısındadır

New York Times: Tramp İrana yeni hücum istəyir; həyati infrastruktur obyektləri hədəf siyahısındadır

Araz News-un New York Times-a istinadən verdiyi məlumata görə, ABŞ Mərkəzi Komandanlığı İrana mümkün hücum üçün geniş hərbi planlar hazırlayıb. Bu hücumlar İran iqtisadiyyatının mühüm infrastruktur obyektlərini hədəfə ala bilər.

Eyni zamanda, iki iranlı rəsmi qəzetə bildirib ki, ABŞ hücumları yenidən başlayarsa, Tehran adi müharibə yolunu seçməyəcək və ABŞ diplomatları ilə əməkdaşları da mümkün cavab əməliyyatlarının hədəfləri arasında ola bilər.

Tramp Fox News ilə söhbətində İranla bağlı qarşıdakı qərarına işarə edərək deyib: «Onlarla razılaşım, yoxsa işlərini bitirim? Yeganə sual budur».

Hərbi təhdidlərin artmasına baxmayaraq, Vaşinqton yeni hücumlara başlanılması barədə son qərarını hələ açıqlamayıb.