ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun ən yüksək rütbəli hərbi planlaşdırıcılarından biri olan general-mayor Bret Silviyanı İran və Ukrayna müharibələri ilə bağlı məxfi məlumatları mediaya sızdırmaqda ittiham olunduqdan sonra vəzifəsindən azad edib.
CBS News xəbər kanalının məlumatına görə, Pentaqon rəsmilərindən biri Silviyanın üç poliqraf testindən keçə bilmədiyini və onun işinin ABŞ Ədliyyə Nazirliyinə göndərildiyini iddia edib. Bununla belə, digər iki mənbə bu iddiaları təkzib edib.
Silviya ABŞ-ın İranla bağlı hərbi planlaşdırmalarının koordinasiyasına cavabdeh idi və onun vəzifədən azad edilməsi Vaşinqtonun hərbi planlarına dair məlumatların yüksək həssaslıq daşıdığı bir şəraitdə baş verir.