ArazNews
Ana Səhifə / Azərbaycan / Təbrizin havası uşaqlar, yaşlılar və xəstələr üçün sağlamlığa zərərli səviyyəyə çatıb
Azərbaycan

Təbrizin havası uşaqlar, yaşlılar və xəstələr üçün sağlamlığa zərərli səviyyəyə çatıb

Təbrizin havası uşaqlar, yaşlılar və xəstələr üçün sağlamlığa zərərli səviyyəyə çatıb

Kükürd dioksid qazının qatılığına görə Təbrizdə havanın keyfiyyət indeksi 102-yə çatıb.

Şəhərin havası hazırda «həssas qruplar üçün sağlamlığa zərərli» səviyyədədir. Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi bu göstəricini son 24 saatın orta göstəricisinə əsasən açıqlayıb.

Uşaqlara, yaşlılara, hamilə qadınlara, həmçinin ürək və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlərə açıq havaya zəruri olmadıqca çıxmamaları tövsiyə edilib. Ölçüsü 2,5 mikrondan kiçik olan asılı hissəciklərin anlıq indeksi isə 96 təşkil edir və məqbul həddədir.

Temperatur inversiyası davam etdiyi üçün bu böyük şəhərdə hava çirkliliyi ilə bağlı yenidən həyəcan təbili çalınıb.