Azərbaycan Respublikasının 50-dən çox qeyri-hökumət təşkilatı Məsud Pezeşkiana açıq məktubla müraciət edərək, İranda yaşayan milyonlarla Azərbaycan türkü üçün ana dilində təhsil hüququnun təmin edilməsini istəyib.
Təşkilatlar məktəblərdə Azərbaycan türkcəsinin müntəzəm tədrisini tələb ediblər. Onların tələbinə görə, bu dildə tədris aparan məktəblər və universitetlər açılmalıdır. Bununla yanaşı, zəruri dərsliklər və tədris proqramları da hazırlanmalıdır.
Məktub müəllifləri Pezeşkiana xatırladıblar ki, o özü çıxışlarında Azərbaycan türkcəsində şeir oxuyur və atalar sözləri işlədir. Onların sözlərinə görə, Pezeşkian ailəsi ilə də ana dilində danışır.