ArazNews
Ana Səhifə / Azərbaycan / Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq genişlənir
Azərbaycan

Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası və UNESCO təhsil, süni intellekt, mədəni irs və davamlı turizm sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda UNESCO-nun baş direktorunun müavini Asa Reqner ilə görüşüb.

Görüşdə Elnur Məmmədov Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə proqramları barədə məlumat verib.

UNESCO-nun baş direktorunun müavini isə Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunun Bakıda keçirilməsinə görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının qızların təhsilinə, gender bərabərliyinə və Afrika ölkələrinin inkişaf proqramlarına verdiyi dəstəyi yüksək qiymətləndirib.