ArazNews
Ana Səhifə / Dünya / Pentaqonun "Lockheed Martin"lə onillik müqaviləsi: ABŞ ən azı 850 F-35 qırıcısı alacaq
Dünya

Pentaqonun "Lockheed Martin"lə onillik müqaviləsi: ABŞ ən azı 850 F-35 qırıcısı alacaq

Pentaqonun

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) F-35 qırıcılarının istehsalçısı olan "Lockheed Martin" şirkəti ilə çərçivə müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, 10 il ərzində ABŞ üçün bu qırıcılardan ən azı 850 ədəd istehsal olunacaq. Dünya üzrə F-35 donanmasının ehtiyat hissələri, modernləşdirmə dəstləri və texniki xidmətlə təmin edilməsi də bu müqavilənin bir hissəsidir.

"Lockheed Martin" F-35 proqramına ən azı 7 milyard dollar sərmayə yatıracaq. Şirkətin açıqladığına görə, istehsalın ildə 156 ədədə çatdırılması nəzərdə tutulur. Müqavilənin icrası üçün ABŞ Konqresinin təsdiqi və büdcə vəsaitinin ayrılması tələb olunur.