Rubio Hindistanın Network 18 telekanalına müsahibəsində bildirib ki, İslam Respublikası ticarət gəmilərini açıq şəkildə hədəfə alır və müharibə ilə heç bir əlaqəsi olmayan dənizçiləri öldürməyə çalışır.
O vurğulayıb: «İkinci Dünya müharibəsindən bəri belə bir şey görülməyib. Onlar nasist sualtı qayıqlarının taktikasından istifadə edirlər və dünya bu hərəkətləri pisləmək üçün birləşməlidir».
ABŞ dövlət katibi həmçinin deyib ki, ölkənin qüvvələri hər gecə ticarət gəmiçiliyini müdafiə edir, İslam Respublikasının gəmilərə doğru atdığı raket və pilotsuz uçuş aparatlarının böyük hissəsini havada vuraraq məhv edir.
Rubio əlavə edib ki, bu müdafiə tədbirlərinə baxmayaraq, bəzi zərbələr gəmilərə dəyib, dənizçilərin, o cümlədən bir sıra Hindistan vətəndaşlarının ölümünə səbəb olub.