Fransa Prezidenti Emmanuel Makron Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Görüşdə əsas mövzu regionda və dünyada baş verən proseslər olub.
Tərəflər həmçinin Səudiyyə Ərəbistanı ilə Fransa arasında əməkdaşlığı və onun müxtəlif sahələrdə genişləndirilməsi yollarını müzakirə ediblər.