ArazNews
Ana Səhifə / Dünya / Şərqi Liviya Ankaraya üz tutur: Həftəri dəstəkləyən parlament Türkiyə ilə dəniz sazişini təsdiqləyib
Dünya

Şərqi Liviya Ankaraya üz tutur: Həftəri dəstəkləyən parlament Türkiyə ilə dəniz sazişini təsdiqləyib

Şərqi Liviya Ankaraya üz tutur: Həftəri dəstəkləyən parlament Türkiyə ilə dəniz sazişini təsdiqləyib

Liviyanın şərqində yerləşən və Xəlifə Həftəri dəstəkləyən Liviya Nümayəndələr Palatası Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz sazişini təsdiqləyib. Palata həmçinin 2020-ci ildə Ankaraya qarşı tətbiq etdiyi sanksiyanı da ləğv edib. Bu sazişin təsdiqlənməsi Türkiyənin Liviya sularında dəniz kəşfiyyatı işlərini genişləndirməsinə yol aça bilər.

Sazişi Rəcəb Tayyib Ərdoğan və o zaman Tripoli hökumətinin rəhbəri olan Fayiz əs-Sərrac imzalamışdılar. Saziş iki ölkənin Aralıq dənizinin şərqindəki dəniz zonalarını müəyyənləşdirir. Şərqi Liviya parlamenti əvvəllər bu sazişi etibarsız və hüquqi qüvvəsi olmayan sənəd adlandırmışdı.

Bu dönüş ayın əvvəlində parlamentə yeni sədr seçiləndən sonra baş verib. Yeni sədr əvvəllər Liviya-Türkiyə dostluq komitəsinə rəhbərlik edib. Ankara da son vaxtlar Şərqi Liviya ilə əlaqələrini genişləndirib.