ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ İranın nüvə proqramını məhv etməklə «qəti qələbə qazanıb». Lakin o vurğulayıb ki, Vaşinqton İslam Respublikasının nüvə potensialını bərpa edə bilməməsi üçün hələ də uzunmüddətli və yoxlanıla bilən öhdəlik əldə etməyə çalışır.
«CBS News» telekanalının məlumatına görə, Vens İslam Respublikasını «terrorizmin ən böyük dövlət himayədarı» adlandırıb. O deyib ki, Tehranın nüvə silahı əldə etməsinə və qlobal enerji böhranına yol verməmək ABŞ-ın iki əsas məqsədidir.
Vens benzin qiymətlərinin yüksək olduğunu etiraf edərək əlavə edib ki, əgər ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından neft və qaz axınını qorumasaydı, yanacaq qiymətləri «üç dəfə» arta bilərdi.