Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Mənsur bin Zayid Al Nəhyan ilə görüşüb. BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər iki ölkə arasındakı köklü münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
BƏƏ və Səudiyyə Ərəbistanı rəsmiləri regionda baş verən son hadisələri də nəzərdən keçiriblər. Onlar regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.