Türkiyə Xarici İşlər Nazirliyi 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik mesajı yayıb.
Türkiyə Xarici İşlər Nazirliyi oktyabrın 18-də, bazar günü X sosial şəbəkəsindəki rəsmi hesabında paylaşdığı mesajla Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 35-ci ildönümünü təbrik edib.
Mesajda deyilir: «Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümünü təbrik edirik».
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməklə sovet hakimiyyətinin süqutundan sonra müstəqilliyini bərpa edib.