ArazNews
Ana Səhifə / Bölgə / The Wall Street Journal-ın ifşaatı: SEPAH zabitləri Yəməndə husilərin Səudiyyə Ərəbistanına hücumlarını birbaşa idarə edir
Bölgə

The Wall Street Journal-ın ifşaatı: SEPAH zabitləri Yəməndə husilərin Səudiyyə Ərəbistanına hücumlarını birbaşa idarə edir

The Wall Street Journal-ın ifşaatı: SEPAH zabitləri Yəməndə husilərin Səudiyyə Ərəbistanına hücumlarını birbaşa idarə edir

The Wall Street Journal qəzeti SEPAH zabitlərinin Yəməndə olduğunu xəbər verib. Bu zabitlər husilərin Səudiyyə Ərəbistanına qarşı raket və PUA hücumlarını cəbhə xəttində idarə edirlər. Amerika qəzetinin mənbələri Səudiyyə Ərəbistanının kəşfiyyat mənbələri və husilərə qarşı çıxan qüvvələrdir.

Qəzetin yazdığına görə, İran rejimi husilərə məxfi məlumat, silah və təlim verir, həmçinin hədəflərin seçilməsində kömək edir. Bunun nəticəsində Səudiyyə Ərəbistanının neft obyektlərinə, hava limanlarına və hərbi hədəflərinə daha geniş miqyaslı hücumlar həyata keçirilib. Tehran Qırmızı dəniz və Babül-Məndəb boğazının sahillərində raket və radarların yerləşdirilməsində də bu qruplaşmaya kömək edib. Husilər sentyabrdan bu boğazın yaxınlığında yerləşən Moxa limanını ələ keçiriblər.

Qəzetin mənbələrinin sözlərinə görə, SEPAH zabitləri, PUA hissələri və raketlərin idarəetmə sistemləri Yəmənə "Mahan Air" aviaşirkətinin reysləri ilə çatdırılıb. Husilərin yüksək vəzifəli rəsmilərindən Məhəmməd əl-Buxeyti SEPAH-ın Yəməndə olmasını təkzib edib. İslam Respublikasının Xarici İşlər Nazirliyi də daha əvvəl husilərin müstəqil fəaliyyət göstərdiyini iddia etmişdi.