ArazNews
Ana Səhifə / İran / CENTCOM komandanı İslam Respublikasına qarşı neft blokadası barədə: «İranın 25 milyard dollarlıq neft ixracının qarşısını almışıq»
İran

CENTCOM komandanı İslam Respublikasına qarşı neft blokadası barədə: «İranın 25 milyard dollarlıq neft ixracının qarşısını almışıq»

CENTCOM komandanı İslam Respublikasına qarşı neft blokadası barədə: «İranın 25 milyard dollarlıq neft ixracının qarşısını almışıq»

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bildirib ki, ABŞ-ın dəniz blokadası İslam Respublikasının ən azı 25 milyard dollarlıq xam neft ixracının qarşısını alıb. Onun sözlərinə görə, son yeddi gündə Hörmüz boğazından 400-ə yaxın ticarət gəmisi keçib. ABŞ qüvvələri də həmin müddətdə Vaşinqtonun Körfəzdəki tərəfdaşlarına məxsus 100 milyon bareldən çox neftin daşınmasına dəstək verib.

ABŞ iyulun ortalarından İran limanlarının blokadasını yenidən bərpa edib. "Reuters" agentliyi "Vortexa" şirkətinə istinadən xəbər verib ki, İranın xam neft ixracı oktyabrda sıfıra enib. Neft gəlirləri hakimiyyətin əsas valyuta və büdcə mənbələrindən biridir. Bununla belə, Körfəzin ərəb ölkələrinin neft ixracı müharibədən əvvəlki səviyyənin 81 faizindən çoxuna qədər bərpa olunub.

"Reuters" ayrıca hazırladığı materialda yazıb ki, İslam Respublikası dolayı yollarla yalnız məhdud həcmdə maye qaz və aviasiya yanacağı ixrac edib.