ArazNews
Ana Səhifə / İran / Netanyahu: «Yeganə yol İslam Respublikasından xilas olmaqdır»
İran

Netanyahu: «Yeganə yol İslam Respublikasından xilas olmaqdır»

Netanyahu: «Yeganə yol İslam Respublikasından xilas olmaqdır»

İsrailin baş naziri Benyamin Netanyahu «Fox News» telekanalına müsahibəsində İslam Respublikası ilə mübarizənin yeganə yolunun «bu hakimiyyətdən xilas olmaq» olduğunu deyib. O, bu prosesi uzunmüddətli və hərbi, iqtisadi təzyiqlərə əsaslanan proses kimi səciyyələndirib.

«Fox News»un məlumatına görə, Netanyahu İslam Respublikasını «bədxah və fanatik güc» adlandırıb, HƏMAS, Hizbullah və husiləri isə «bu səkkizayağın qolları» kimi xarakterizə edib. «Fox News» da müsahibəni təqdim edərkən yazıb ki, Netanyahu İran xalqını «böyük xalq» adlandırıb. Baş nazirin sözlərinə görə, İran xalqı İslam Respublikasının ideoloji liderləri tərəfindən «qaçırılıb».

O, həmçinin Donald Trampın İslam Respublikası ilə bağlı fəaliyyətini təqdir edib və onun siyasətinin «şəffaflıq və möhkəm inam» üzərində qurulduğunu bildirib.