Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Donald Trampın Rusiyanı ABŞ-ın yeni sanksiya və tariflərinin mühüm hissəsindən azad etmək qərarını «həqiqətən tarixi an» kimi dəyərləndirib.
Reuters-in məlumatına görə, Dmitriyev Rusiyaya qarşı yeni sanksiya qanununun icrasının dayandırılmasının Moskva ilə Vaşinqton arasında dialoqa və daha geniş iqtisadi əməkdaşlığa yol aça biləcəyini bildirib. O əlavə edib ki, bu qanun icra olunacağı təqdirdə iki ölkə arasında iqtisadi əməkdaşlığı faktiki olaraq dayandıra bilərdi.
Tramp icra sərəncamı imzalayaraq «ABŞ-ın milli maraqlarını» əsas gətirməklə Rusiyanı yeni sanksiya və tariflərin mühüm hissələrinin icrasından azad edib.