Təhlükəsizlik Şurasının Antonio Quterreşin yerinə yeni baş katib seçmək üçün keçirdiyi altıncı ilkin səsvermə turu nəticəsiz başa çatıb. Yeddi namizəddən heç biri Təhlükəsizlik Şurasının beş daimi üzvünün hamısının dəstəyini qazana bilməyib.
"France-Presse" agentliyinin məlumatına görə, bu mərhələdə ilk dəfə olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərinin səsləri digər üzvlərin səslərindən ayrıca göstərilib və yeddi namizədin hamısına veto hüququ olan dövlətlərdən ən azı biri əleyhinə səs verib. Bu da yarışa yeni namizədlərin qoşulması ehtimalını artırıb.
Kosta-Rikadan olan Rebeka Qrinspan yenə də ən çox dəstək səsi toplayıb, lakin o da iki daimi üzvün etirazı ilə qarşılaşıb. Antonio Quterreşin baş katiblik müddəti 2026-cı il dekabrın 31-də başa çatır.