ArazNews
Ana Səhifə / Dünya / Trampın seçki vədi: Respublikaçılar qalib gələrsə, hər yetkin amerikalıya 5 min dollar veriləcək
Dünya

Trampın seçki vədi: Respublikaçılar qalib gələrsə, hər yetkin amerikalıya 5 min dollar veriləcək

Trampın seçki vədi: Respublikaçılar qalib gələrsə, hər yetkin amerikalıya 5 min dollar veriləcək

Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərdə respublikaçılar qalib gələrsə, hər yetkin ABŞ vətəndaşına 5 min dollar ödəyəcəyini vəd edib. "Reuters"in məlumatına görə, o, demokratların qələbəsinin bu proqramın qarşısını alacağı barədə xəbərdarlıq edib.

Tramp bu planı «Tramp dividendi» adlandırıb və bildirib ki, onun vəsaiti gömrük tariflərindən əldə olunan gəlir hesabına təmin ediləcək. Təxminən 240 milyon yetkin şəxsə ödəniş 1 trilyon 200 milyard dollara yaxın xərc tələb edir. İqtisadçı ekspertlər isə qeyd edirlər ki, tariflərdən əldə olunan gəlir bu məbləği qarşılamır və planın icrası büdcə kəsirini və dövlət borcunu artıracaq.

İstənilən ödəniş Konqresin təsdiqini tələb edir və hələlik konkret icra planı da təqdim olunmayıb. Noyabrın 3-də keçiriləcək seçkilər ABŞ Nümayəndələr Palatası və Senatına nəzarətin kimin əlində olacağını müəyyənləşdirəcək.