ArazNews
Ana Səhifə / Dünya / Tramp Rusiyaya qarşı yeni sanksiyaların və tariflərin tətbiqini dayandırıb
Dünya

Tramp Rusiyaya qarşı yeni sanksiyaların və tariflərin tətbiqini dayandırıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların və tariflərin tətbiqini dayandırıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların və tariflərin mühüm hissəsinin qüvvəyə minməsinə cəmi bir neçə gün qalmış qanuni səlahiyyətindən istifadə edərək onların icrasına muafiyyət tətbiq edib. O, bu qərarın «ABŞ-ın milli maraqları naminə» qəbul edildiyini bildirib.

Reuters-in məlumatına görə, bu məhdudiyyətlər Trampın ötən ay imzaladığı qanuna əsaslanırdı. Qanun Rusiya neftinin və qazının bəzi iri alıcılarına, o cümlədən Moskvadan enerji idxal edən ölkələrə 100 faizədək tariflər tətbiq etməyə imkan verə bilərdi.

Bu qərar ABŞ-da aralıq seçkilər ərəfəsində, neft və yanacaq qiymətlərinin artması ilə bağlı narahatlıqların fonunda qəbul edilib. Çin və Hindistan da daha əvvəl bu sanksiyaların fəsadlarına etiraz etmişdi.

Trampın qərarı bir sıra amerikalı qanunvericilərin tənqidinə səbəb olub. Rusiya rəsmiləri isə qərarı alqışlayıb.