İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhibbi Hörmüz boğazında üç ticarət gəmisinə hücuma görə məsuliyyətlə bağlı müzakirələrə münasibət bildirərək, bu əməliyyatın daha yüksək vəzifəli şəxslərlə razılaşdırılaraq həyata keçirildiyini açıqlayıb. Bundan əvvəl "The New York Times" qəzeti və islahatçı siyasətçi Behzad Nəbəvi İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin hücumlardan xəbərsiz olduğunu bildirmişdilər.
SEPAH sözçüsü vurğulayıb: "Anlaşma memorandumu imzalandıqdan sonra qayda pozan gəmilərə hücum nə özbaşına addım olub, nə də daha yüksək vəzifəli şəxslərlə razılaşdırılmadan həyata keçirilib". O, bu əməliyyatı "ABŞ-ın üçüncü dəfə öhdəliyini pozmasına qətiyyətli və sarsıdıcı cavab" kimi xarakterizə edib.
Bununla belə, Möhibbi daha yüksək vəzifəli şəxslər dedikdə kimləri nəzərdə tutduğunu və əməliyyatla bağlı əmrin və ya təsdiqin hansı qurum tərəfindən verildiyini dəqiqləşdirməyib.
SEPAH qüvvələrinin iyulun 6-da və 7-də üç ticarət gəmisinə hücumu İran ilə ABŞ arasında İslamabadda anlaşma memorandumunun imzalanmasından bir neçə həftə sonra baş verib və razılaşmanın icrası, eləcə də danışıqların davam etdirilməsi ilə bağlı fikir ayrılığı doğuran məsələlərdən birinə çevrilib.