Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromuna endirilən zərbə nəticəsində altı Su-34M qırıcı-bombardmançı təyyarəsini məhv etdiyini açıqlayıb.
Qüvvələrin bildirdiyinə görə, hücum «Neptun» raketləri ilə həyata keçirilib. Bu raketlər Ukraynanın öz istehsalıdır.