ArazNews
Ana Səhifə / Dünya / Məhkəmə Trampın üç media qurumunun Ağ Evə girişini qadağan edən qərarını dayandırıb
Dünya

Məhkəmə Trampın üç media qurumunun Ağ Evə girişini qadağan edən qərarını dayandırıb

Məhkəmə Trampın üç media qurumunun Ağ Evə girişini qadağan edən qərarını dayandırıb

ABŞ-da federal hakim müvəqqəti qərar çıxararaq Donald Trampın CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini qadağan etmək barədə qərarının icrasının qarşısını alıb. Bu qərar iş üzrə məhkəmə baxışı davam etdiyi müddətdə həmin üç media qurumunun jurnalistlərinin Ağ Ev kompleksinə girişini qoruyur.

Bu vəzifəyə Tramp tərəfindən təyin olunmuş federal məhkəmə hakimi Timoti Kelli həmin media qurumlarının müvəqqəti qərar çıxarılması ilə bağlı müraciətini təmin edib. O, 26 səhifəlik qərarında bildirib ki, bu media qurumlarının jurnalistlərinə verilmiş daimi giriş icazələrinin ləğvi, böyük ehtimalla, onların ABŞ Konstitusiyasının Birinci və Beşinci düzəlişləri ilə təmin olunan hüquqlarını pozub.

Kelli qərarını izah edərkən vurğulayıb ki, bu icazələrin ləğvi jurnalistləri və media qurumlarını prezidentin razılaşmadığı reportajları yaymaqdan çəkindirə bilər.

Bu qərar göstərir ki, ABŞ-da məhkəmə hakimiyyəti dövlət idarəçiliyinin əsas sütunlarından biri kimi icra hakimiyyətindən müstəqil fəaliyyət göstərə və qanuna əsaslanaraq hökumətin qərarlarına qarşı vətəndaşların hüquqlarını və mətbuat azadlığını müdafiə edə bilər.