ArazNews
Ana Səhifə / Bölgə / Bakı İsrail və Bəhreyn arasında məsləhətləşmələrə ev sahibliyi edib: Hersoq «Avraam Sazişləri»nin gücləndirilməsini vurğulayıb
Bölgə

Bakı İsrail və Bəhreyn arasında məsləhətləşmələrə ev sahibliyi edib: Hersoq «Avraam Sazişləri»nin gücləndirilməsini vurğulayıb

Bakı İsrail və Bəhreyn arasında məsləhətləşmələrə ev sahibliyi edib: Hersoq «Avraam Sazişləri»nin gücləndirilməsini vurğulayıb

İsrail Prezidenti İsaak Hersoq Bakıda Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zəyani ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regionda baş verən hadisələr və Avraam Sazişlərinin gücləndirilməsi müzakirə olunub.

Hersoq görüşdən sonra bildirib ki, tərəflər İsrail ilə Bəhreyn arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini, həmçinin Avraam Sazişlərinin regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsindəki rolunu vurğulayıblar. İsrail ilə Bəhreyn arasında rəsmi münasibətlər 2020-ci ildə məhz bu sazişlər çərçivəsində qurulub.

Bakı eyni zamanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammiti çərçivəsində çoxsaylı diplomatik görüşlərə ev sahibliyi edir. Azərbaycan Prezidenti İlham Əliyev də Hersoq və Bəhreynin xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşərək ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.