ArazNews
Ana Səhifə / Bölgə / Regionda neft ixracı bərpa olunur, İranın dəniz yolu ilə xam neft ixracı isə hələ də sıfırdır
Bölgə

Regionda neft ixracı bərpa olunur, İranın dəniz yolu ilə xam neft ixracı isə hələ də sıfırdır

Regionda neft ixracı bərpa olunur, İranın dəniz yolu ilə xam neft ixracı isə hələ də sıfırdır

TankerTrackers-in hesablamalarına görə, oktyabrın əvvəlindən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Omanın ümumi xam neft ixracı gündəlik 17,3 milyon barelə çatıb. İranın payı isə hələ də sıfır kimi qiymətləndirilir.

Bu göstərici may ayında 6,5 milyon barel olub və hazırda iki yarım dəfədən çox artıb. Müharibədən əvvəlki orta göstərici ilə fərq də təxminən 1,6 milyon barelədək azalıb.

Kpler-in sentyabr ayına, Vortexa-nın isə oktyabrın 5-dək olan məlumatları da İranın dəniz yolu ilə xam neft ixracının dayandığını göstərir. Ixracın dayanmasının səbəbi kimi ABŞ-ın dəniz blokadası göstərilir.

Sıfır göstəricisi yeni ixraca aiddir və bu, bütün neft satışlarının dayandığı anlamına gəlmir. Əvvəlki ehtiyatların blokada zonasından kənarda satılması ayrı məsələdir. Eyni zamanda, Hörmüz boğazında neft tankerlərinə edilən hücumlar regionda ixracın bərpasının davamlı olmasını təhlükə altına qoyur.