Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələrin dövlət başçılarının 7-ci Zirvə görüşündə iştirak edəcək.
Fidan bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Onun çıxış etməklə yanaşı, tədbirdə iştirak edən rəsmilərlə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Zirvə görüşü Azərbaycan Respublikasının ev sahibliyi ilə keçirilir. Görüş regional əməkdaşlığı və Asiya ölkələri arasında etimadın möhkəmləndirilməsini müzakirə etmək üçün imkan yaradacaq.