ArazNews
Ana Səhifə / İran / Tehran ədliyyəsinin rəhbəri "çılpaqlığın təbliği" ilə mübarizə aparılmasını tələb edib
İran

Tehran ədliyyəsinin rəhbəri "çılpaqlığın təbliği" ilə mübarizə aparılmasını tələb edib

Tehran ədliyyəsinin rəhbəri

Tehran əyaləti ədliyyəsinin baş rəisi Nasir Ətabati ictimai yerlərdə hicab və geyim vəziyyətini tənqid edib. O, "çılpaqlığın, əxlaqsızlığın təbliği və qeyri-sağlam münasibətlərin normallaşdırılması" ilə məhkəmə qaydasında mübarizə aparılmasını tələb edib.

O, Tehran ədliyyəsində keçirilən "Hicab və iffət məsələsinin araşdırılması və izlənilməsi" iclasında deyib: "Anormal hallara, əxlaqsızlığa, bəzi davranışları normallaşdırmaq və onların qəbahətini aradan qaldırmaq cəhdlərinə göz yummayacağıq."

Ətabati çıxışında bildirib ki, bəzi küçələrdə, parklarda və ictimai yerlərdə vəziyyət "hicabın açılması" həddini aşıb. Onun sözlərinə görə, vəziyyət artıq "çılpaqlıq" səviyyəsinə çatıb. Məhkəmə rəsmisi, iddia etdiyinə görə, "yönləndirilmiş şəkildə" anormal davranışları normallaşdırmağa çalışan şəxslərin müəyyən edilməsini tələb edib.

Tehran ədliyyəsinin baş rəisi həmçinin məsul qurumları ictimai yerlərdə nəzarəti artırmağa çağırıb. O, vurğulayıb ki, məhkəmə sistemi hüquq-mühafizə orqanları və digər qurumlarla birlikdə bu davranışlara qarşı mübarizəni davam etdirəcək.