ArazNews
Ana Səhifə / İran / Parlamentin milli təhlükəsizlik komissiyasının üzvü: Xalq küçələrə çıxmasa, rejim təkcə hərbi hücumlarla süqut etməz
İran

Parlamentin milli təhlükəsizlik komissiyasının üzvü: Xalq küçələrə çıxmasa, rejim təkcə hərbi hücumlarla süqut etməz

Parlamentin milli təhlükəsizlik komissiyasının üzvü: Xalq küçələrə çıxmasa, rejim təkcə hərbi hücumlarla süqut etməz

İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü iddia edib ki, "ABŞ və İsrail iqtisadi təzyiq vasitəsilə ictimai narazılığı küçə etirazlarına çevirməyə və xalqla hakimiyyət arasındakı uçurumu dərinləşdirməyə çalışır". Onun sözlərinə görə, "İran xalqı müharibə davam etdiyi müddətdə rejimin süqutunu İranın dağılmasından ayrı görmür".

Əhməd Bəxşayiş Ərdəstani ABŞ-ın son mesajının İran tərəfindən alınmasına və həmin mesajın Tehranda nəzərdən keçirilməsinə toxunaraq bildirib ki, siyasi və hərbi gərginliyin artması ilə yanaşı, iki ölkə arasında əlaqə kanalları da fəaliyyətini davam etdirir. O, ABŞ-ın son mesajı, 14 bəndlik anlaşma memorandumu, Vaşinqton və İsrailin təzyiqləri davam etdirməkdə güddüyü məqsədlər və müharibənin perspektivləri ilə bağlı müsahibəsində daxili narazılıqların qarşı tərəfin hesablamalarındakı rolunu önə çəkib.

Bəxşayiş Ərdəstani hesab edir ki, hərbi hücumlar təkbaşına İranın siyasi quruluşunun dəyişməsinə gətirib çıxarmır və belə bir dəyişikliyin ehtimalı sosial narazılıqlar küçə etirazlarına çevrildiyi zaman artır.