ArazNews
Ana Səhifə / İran / İslam Respublikasının raket nümayişinin üçüncü günü: İsfahan və Yəzddən ən azı beş ballistik raket atılıb
İran

İslam Respublikasının raket nümayişinin üçüncü günü: İsfahan və Yəzddən ən azı beş ballistik raket atılıb

İslam Respublikasının raket nümayişinin üçüncü günü: İsfahan və Yəzddən ən azı beş ballistik raket atılıb

İslam Respublikası bu gün, mehr ayının 21-də, çərşənbə axşamı ən azı beş ballistik raket atıb. Raketlərdən dördü İsfahandan, biri isə Yəzddən havaya qalxıb. Görünür, bu buraxılışlar sınaq xarakteri daşıyıb.

İlk iki raket səhər saat 8:15-dən 8:20-dək olan müddətdə İsfahandan atılıb. Təxminən saat 11-də növbə Yəzdə çatıb. İsfahandan atılan üçüncü raket saat 11:29-da 15 Xordad bazasından, dördüncüsü isə saat 13:19-da buraxılıb.

Keşikçilər Korpusu bazar və bazar ertəsi günləri də təlim çərçivəsində dalğalar şəklində ballistik raketlər atmışdı.