İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Məsud Pezeşkian Türkmənistanda Vladimir Putinlə görüşündə Tehranın «yeddigünlük planı»nın təfərrüatlarını, eləcə də İslam Respublikasının nüvə dosyesi və ABŞ ilə danışıqlarla bağlı mövqelərini Rusiya prezidentinə izah edib.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib ki, bu məsləhətləşmə Putinin Donald Trampla ehtimal olunan telefon danışığından əvvəl baş tutub və onun məqsədi Tehranın mövqelərini Rusiya tərəfinə çatdırmaq olub.
Bəqai həmçinin vurğulayıb ki, hazırda Qətər və Pakistan Tehran ilə Vaşinqton arasında birbaşa vasitəçi rolunu oynayır, Rusiya isə bu çərçivədə rəsmi vasitəçi sayılmır.