ArazNews
Ana Səhifə / İran / Sistan və Bəlucistanda silahlı hücumlar davam edir: Raskdakı Mortan postuna hücum edilib, məmurlarla şiddətli toqquşma baş verib
İran

Sistan və Bəlucistanda silahlı hücumlar davam edir: Raskdakı Mortan postuna hücum edilib, məmurlarla şiddətli toqquşma baş verib

Sistan və Bəlucistanda silahlı hücumlar davam edir: Raskdakı Mortan postuna hücum edilib, məmurlarla şiddətli toqquşma baş verib

Bu gün, mehr ayının 20-si, bazar ertəsi səhər tezdən silahlı şəxslər Rask şəhristanının Parud bölgəsindəki Mortan postuna hücum ediblər. "Haalvsh" xəbər verir ki, yerli mənbələr hücumçularla postda yerləşən məmurlar arasında şiddətli toqquşma və atışma baş verdiyini bildirirlər.

Son günlər Zahidan, Saravan və İranşəhrdə bir neçə silahlı hücum və toqquşma barədə məlumat yayılıb. Mehr ayının 17-si, cümə günü əyalət polis komandanlığının mədəni və sosial məsələlər üzrə müavini, polkovnik Nüsrət İftixari Pudinə Zahidanın Çeşmziyarət ərazisində yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində öldürülüb. Həmin hücumun məsuliyyətini Xalq Mübarizləri Cəbhəsi öz üzərinə götürüb.