ArazNews
Ana Səhifə / İran / Möhsün Rzaidən yeni hədə: Yaxın Şərqin 2 trilyon dollarlıq infrastrukturunu hədəf alacağıq
İran

Möhsün Rzaidən yeni hədə: Yaxın Şərqin 2 trilyon dollarlıq infrastrukturunu hədəf alacağıq

Möhsün Rzaidən yeni hədə: Yaxın Şərqin 2 trilyon dollarlıq infrastrukturunu hədəf alacağıq

İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ABŞ ilə müharibə yenidən başlayacağı təqdirdə İranın hərbi qüvvələrinin rabitə kabellərindən və məlumat mərkəzlərindən tutmuş süni intellekt obyektlərinədək regionun həyati əhəmiyyətli infrastrukturunu hədəf alacağı ilə hədələyib.

Rzai televiziya müsahibəsində bu infrastrukturun dəyərinin 2 trilyon dollardan çox olduğunu bildirib. O deyib ki, növbəti mümkün müharibədə Tehran münaqişəyə «qat-qat daha geniş və daha əhatəli planla» qoşulacaq.

O, həmçinin İslam Respublikasının qüvvələrinin hər gecə Hörmüz boğazında neft daşıyan 5-6 gəmini hədəf aldığını iddia edib.

Bu açıqlamalar Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatının Hörmüz boğazından çıxmaqda olan tankerə naməlum mərmi dəyməsi barədə məlumatı ilə eyni vaxta təsadüf edib.