ArazNews
Ana Səhifə / Bölgə / Bloomberg: Neft nəhəngləri İraqa qayıdır, Bağdad daha gəlirli şərtlər təklif edib
Bölgə

Bloomberg: Neft nəhəngləri İraqa qayıdır, Bağdad daha gəlirli şərtlər təklif edib

Bloomberg: Neft nəhəngləri İraqa qayıdır, Bağdad daha gəlirli şərtlər təklif edib

Qərbin iri neft şirkətləri Yaxın Şərqdəki müharibə fonunda yenidən İraqa sərmayə qoymağa başlayıb. Bloomberg bu dəyişikliyi Bağdadın maliyyə şərtlərinin və neft müqavilələrinin daha cəlbedici olması ilə izah edir. Digər məlumatlarda da Chevron, BP və ConocoPhillips ilə yeni neft sazişləri dalğasından bəhs olunur.

Bloomberg agentliyinin məlumatına görə, İraqın yeni müqavilələri köhnə xidmət müqavilələri ilə müqayisədə şirkətlərə hasilatdan əldə olunan gəlirdən daha böyük pay verir və bu da investisiya cəlbediciliyini artırıb. Chevron şirkətinin baş icraçı direktoru Mayk Uirt də ötən həftə İraqın maliyyə şərtlərinin «daha cəlbedici olduğunu» deyib.

Chevron İraqın neft layihələrinə daxil olmaq üçün sazişlər üzərində işi irəlilədir, TotalEnergies, BP və ConocoPhillips kimi şirkətlər də ölkədəki fəaliyyətlərini genişləndirib. Bağdad xarici sərmayə cəlb etməklə yaxın illərdə neft hasilatı gücünü gündəlik təxminən 5,5 milyon barelə çatdırmağa ümid edir.