Yəməndəki husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ölümcül hücumdan bir gün sonra aviaşirkətlərə, hava limanlarının əməkdaşlarına və sərnişinlərə Səudiyyə Ərəbistanının hava limanlarından istifadə ilə bağlı xəbərdarlıqlarını təkrarlayıblar.
Reuters-in məlumatına görə, husilər bazar günü bildiriblər ki, yeni hücumların ehtimalı ilə bağlı xəbərdarlıqlar «ciddi qəbul edilməlidir». Şənbə günü Ər-Riyad hava limanına edilən hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Təşkilatı hücumdan sonra Kral Xalid Hava Limanının fəaliyyətini müvəqqəti dayandırıb. Hava limanının tam açılması üçün hələlik konkret vaxt açıqlanmayıb.