ArazNews
Ana Səhifə / Bölgə / Naməlum mərmi gəminin gövdəsinə dəyib: Hörmüz boğazında neft tankerinə yeni hücum
Bölgə

Naməlum mərmi gəminin gövdəsinə dəyib: Hörmüz boğazında neft tankerinə yeni hücum

Naməlum mərmi gəminin gövdəsinə dəyib: Hörmüz boğazında neft tankerinə yeni hücum

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı 2026-cı il oktyabrın 11-də, bazar günü, Hörmüz boğazından keçən neft tankerinə hücum edildiyini bildirib.

Təşkilatın 164-26 nömrəli xəbərdarlığında deyilir ki, gəmiçilik şirkətinin təhlükəsizlik üzrə məsul şəxsi məlumat verib: neft tankeri Hörmüz boğazından çıxarkən gövdəsinin sol tərəfinə naməlum mərmi dəyib və gəmi zədələnib.

Təşkilat vurğulayıb ki, gəminin bütün heyət üzvləri salamatdır və indiyədək hücum nəticəsində heç bir ekoloji çirklənmə qeydə alınmayıb.

Hadisə SEPAH-ın neft tankerlərinə hücumlarının, eləcə də Hörmüz boğazında və Körfəz sularında hərbi gərginliyin artdığı bir vaxtda baş verib.